ANAMA əməkdaşı Ağdamda qəzaya düşdü – VİDEO

ANAMA əməkdaşı Ağdamda qəzaya düşdü – VİDEO

Hazırda oxunan: ANAMA əməkdaşı Ağdamda qəzaya düşdü – VİDEO

261384

ANAMA əməkdaşı Ağdamda qəzaya düşüb.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Bənövşələr qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini 1995-ci il təvəllüdlü Əliyev Rəşad Əli oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən minik maşınında nasazılıq yaranıb.

Buna görə, avtomobil aşıb. Nəticədə R.Əliyev müxtəlif dərəcəli xəsarətlər alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, R.Əliyev ANAMA əməkdaşıdır və Ağdamın Sarıcalı kəndində çalışır.

Faktla bağlı araşdırma aparılır.

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO