Qaxa qonaq gedən Abşeron sakini itkin düşüb - FOTO

Qaxa qonaq gedən Abşeron sakini itkin düşüb - FOTO

Hazırda oxunan: Qaxa qonaq gedən Abşeron sakini itkin düşüb - FOTO

26131

Abşeron rayon sakini 1990-cı il təvəllüdlü Babayev Nail Tacik oğlu bu ilin mart ayında qonaq gəldiyi Qax rayonu Qaxbaş kəndindəki yaxın qohumunun evindən çıxıb və daha onunla əlaqə saxlamaq mümkün olmayıb.

Bizim.Media-ya DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, həmin şəxsin əlamətləri - boyu 164 sm, arıq bədən quruluşludur.

Evdən çıxan zaman əynində tünd göy rəngli gödəkçə, qara köynək, şalvar və ayaqqabı olub. 

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qax Rayon Polis Şöbəsinin (024)-255-23-52 şəhər və 050-224-64-74 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO