Milli mətbuatın 150 illiyinə həsr olunmuş POÇT MARKASI dövriyyəyə buraxıldı - FOTO

Milli mətbuatın 150 illiyinə həsr olunmuş POÇT MARKASI dövriyyəyə buraxıldı - FOTO

Hazırda oxunan: Milli mətbuatın 150 illiyinə həsr olunmuş POÇT MARKASI dövriyyəyə buraxıldı - FOTO

261022

Azərbaycan milli mətbuatının 150 illiyinə həsr olunmuş poçt markası dövriyyəyə buraxılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyindən (MEDİA) məlumat verilib.
 

Bildirilib ki, “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzusunda 19-21 iyul tarixlərində keçirilən 3-cü Şuşa Qlobal Media Forumu çərçivəsində Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə Medianın İnkişafı Agentliyi və "Azərpoçt" MMC tərəfindən birgə hazırlanan poçt markasının təqdimat və möhürlənmə mərasimi keçirilib.


Mərasimdə poçt markasının medianın Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı yerini, mədəniyyətin, maarifçiliyin inkişafında rolunu, müasir cəmiyyət quruculuğu və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi sahəsində töhfələrini nəzərə alaraq dövriyyə buraxıldığı qeyd olunub.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO