Bakıda qəzaların çox olduğu yerlərdə YENİLİK – VİDEO

Bakıda qəzaların çox olduğu yerlərdə YENİLİK – VİDEO

Hazırda oxunan: Bakıda qəzaların çox olduğu yerlərdə YENİLİK – VİDEO

260937

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) əməkdaşları paytaxtın Nəsimi rayonu, Fikrət Əmirov və 28 May küçələrinin kəsişməsində monitorinq keçiriblər.

NİİM-dən Bizim.Media-ya verilən məlumata görə, tədbirlər zamanı qeyd olunan nizamlanmayan yolayrıcında qəzaların baş verdiyi, nəqliyyat sıxlığının və piyadalar üçün təhlükəli vəziyyətin yarandığı nəzərə alınaraq yolda yeni nəqliyyat svetoforları quraşdırılıb. 

LED işıqlandırma ilə təchiz edilən svetoforlarda piyada bölmələri də istifadəyə verilib. Bununla da mövcud problem aradan qalxıb.
 

Bundan əlavə, mərkəz tərəfindən Yasamal rayonu, Bakı Kənar Dairəvi yolunun Məhəmməd Xiyabani küçəsi ilə kəsişməsində də yeni svetofor obyektləri istifadəyə verilib.


Nəticədə qəza riskləri azaldılıb, həmçinin piyadaların hərəkəti daha təhlükəsiz təşkil olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO