“Azərsu” rəhbərliyinə kim gətirilə bilər? - İKİ ŞANSLI NAMİZƏD 

“Azərsu” rəhbərliyinə kim gətirilə bilər? - İKİ ŞANSLI NAMİZƏD 

Hazırda oxunan: “Azərsu” rəhbərliyinə kim gətirilə bilər? - İKİ ŞANSLI NAMİZƏD 

26088

Bu il aparılan kadr islahatları çərçivəsində öz postunu tərk edənlərdən biri də “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov oldu. O, may ayının 4-də Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edildi.

Artıq iki aya yaxındır ki, o, istehlakçıların su ilə təhcizatından xəbərsizdir. İndi daha çox diqqət Hüseynovun yerinə kimin təyin olunacağına yönəlib.

Bununla bağlı bir neçə iddia var.

Qeyd edək ki, Qorxmaz Hüseynov vəzifəsindən azad edilməzdən əvvəl də “Azərsu” ASC-nin Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC ilə birləşdiriləcəyi bildrilirdi. Onların əsasında Azərbaycan Dövlət Meliorasiya və Su Agentliyinin yaradılacağı iddia olunurdu.

Xatırladaq ki, Qorxmaz Hüseynovdan bir ay əvvəl Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadə vəzifəsindən azad edildi. May ayının 5-də isə Zaur Mikayılov Cəmiyyətə sədr təyin olundu. 

Qeyd edək ki, Zaur Mikayılov BRAVO supermarketlərinin sahibi və “PAŞA Holdinq” MMC-yə məxsus “Azərbaycan Supermarket” MMC-nin direktoru vəzifələrində çalışıb.

Oxşar təyinatlı iki ASC-nin rəhbərinin ardıcıl olaraq vəzifələrindən azad edilməsi onların birləşdiriləcəyi haqqında iddiaları gücləndirir. Yəni gözləntilərdən biri odur ki, Agentlik yaradılaraq, “Azərsu” da Zaur Mikayılovun rəhbərliyi altına keçə bilər.

Digər iddia isə quruma Köcərli Həsənovun rəhbər gətiriləcəyi ilə bağlıdır. 

Qeyd edək ki, hazırda ASC-ni  Köçərli Həsənov idarə edir. O, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavinidir. İstismar üzrə müavini həm də “Tərəqqi” medalı ilə təltif olunub.
 

MÖVZU İLƏ BAĞLI:

18 gündür “başsız” qalan “Azərsu” – Qurum hara birləşdiriləcək?


Xatırladaq ki, son illərdə müavinlərin rəhbər vəzifəsinə gətirilməsi tendensiyası sürətlənib. Mədəniyyət nazirinin müavini olan Anar Kərimov da uzun müddət nazir səlahiyyətlərini icra etdikdən sonra həmin posta layiq görülüb. Təhsil nazirinin təyinatında da üstünlük daha əvvəl də qurumun rəhbərliyində rolu olan müavinə verilib. 

Bu tendensiya Köçərli Həsənovun da “Azərsu” rəhbərliyinə real namizədlərdən biri olduğunu deməyə əsas verir.

Xatirə Nəsirli, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO