Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olub.
Bu barədə Bizim.Media-ya Konstitusiya Məhkəməsindən məlumat verilib.
Bildirilib ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-1, 206-1.2, 206-1.3 263.1 və 263.1-1-ci maddələrinin şərh edilməsinə dair Baş Prokurorluğun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.
Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyulun 29-na təyin edilmiş iclasında baxılacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
04:51 / 19.07.2025
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası KEÇİRİLDİ
Hazırda oxunan: Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası KEÇİRİLDİ
Hazırda oxunan: Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası KEÇİRİLDİ
260626
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.