Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ZİYARƏT ETDİ

Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ZİYARƏT ETDİ

Hazırda oxunan: Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ZİYARƏT ETDİ

260621

Bakıda saxlanılan Rusiya vətəndaşlarını, o cümlədən "Sputnik" agentliyinin əməkdaşlarını yaxınları ziyarət ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, qeyd olunan şəxslərin hər biri fərdi qaydada qəbul edilib, saxlama şəraiti və onlarla rəftar məsələləri yerində araşdırılıb.

Həbs olunan şəxslərin Ombudsmana müraciət edən ailə üzvləri Aparatda qəbul edilib, yaxınları ilə görüşləri ilə bağlı müraciətləri Ombudsman tərəfindən təmin olunub.

Ombudsmanın Milli Preventiv Qrup üzvləri tərəfindən qəbul edilib saxlanılan şəxslər saxlanılma şəraiti və onlarla rəftardan şikayət etməyiblər. Görüş və tibbi yardımla bağlı müraciətlərinin təmin olunduğu müşahidə edilib.

Məsələ Ombudsmanın diqqətində saxlanılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO