Mingəçevirdə ölən fəhlə ilə bağlı icra başçısından AÇIQLAMA

Mingəçevirdə ölən fəhlə ilə bağlı icra başçısından AÇIQLAMA

Hazırda oxunan: Mingəçevirdə ölən fəhlə ilə bağlı icra başçısından AÇIQLAMA

260562

Xəbər verildiyi kimi Mingəçevir icra hakimiyyətinin binasının fasadında təmir işləri apararkən fəhlə ölümü baş verib. 

Bizim.Media xəbər verir ki, hadisəyə münasibət öyrənmək üçün Ajans.az xəbər portalının baş redaktoru Tural Müseyibov Mingəçevir İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla əlaqə saxlayıb.

İlham İsmayılov hazırda məzuniyytədə oduğunu və onu icra hakimiyyəti başçısının müavini-şəhər təsərrüfatı şöbəsinin müdiri Məhluqə Cavadovanın əvəz etdiyini bildirib. 

İlham İsmayılov hazırda şəhərdən kənarda olduğunu qeyd edərək ölüm hadisəsinə görə iş icracısı olan şirkətlə əlaqə saxlamağı məsləhət bilib.

“Mingəçevirdə abadlıq-quruculuq işlərinin reallaşdırılması üçün niyə hər zaman eyni şirkət qalib olur?” sualına İlham İsmayılovun cavabı belə olub. Sitat: “Onu siz bilmirsiz mən bilmirəm. Tenderin qanunları var, onunla icra olunur. Onu antiinhisar bilir, nəzarət edən qurum. Müraciət edin onlar sizə cavab versin. Təşəkükr edirəm.” Sitatın sonu.
 

Mingəçevir icra hakimiyyəti başçısının müavini-şəhər təsərrüfatı şöbəsinin müdiri Məhluqə Cavadova ilə əlaqə saxlamaq cəhdlərimiz boşa çıxdı.


Bizə təqdim edilən telefon nömrəsinə dəfələrlə zəng etsək də telefon zənglərimizə cavab verən olmadı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO