Xaçmazda Birinci Qarabağ müharibəsi şəhidi ilə VİDA mərasimi keçirilir - FOTO

Xaçmazda Birinci Qarabağ müharibəsi şəhidi ilə VİDA mərasimi keçirilir - FOTO

Hazırda oxunan: Xaçmazda Birinci Qarabağ müharibəsi şəhidi ilə VİDA mərasimi keçirilir - FOTO

260511

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhid Kərimov Məzahir Xalıq oğlu ilə Xaçmazın Çarxı kəndində vida mərasimi keçirilir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, vida mərasimində Xaçmaz rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti iştirak edir.

Vida mərasimindən sonra şəhid Usta Cəlilli kəndin qəbristanlığında dəfn olunacaq.
 

Qeyd edək ki, Kərimov Məzahir Xalıq oğlu 1970-ci il iyunun 16-da Xaçmazın Usta Cəlilli kəndində doğulub. Keçmiş sovet ordusunda hərbi xidmət keçib.


1994-cü il yanvarın 28-də könüllü olaraq Birinci Qarabağ döyüşlərinə qatılıb və  Murovdağda xidmət edib. 1994-cü ildən itkin düşmüş hesab olunan şəhid Məzahir Kərimovun nəşinin qalıqları on gün əvvəl Ağdərə rayonu ərazində aşkarlanıb.






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO