Bakının “Razin dağı”nda GİZLƏDİLMİŞ QIZILLAR - Alpinistlərə ehtiyac var! 

Bakının “Razin dağı”nda GİZLƏDİLMİŞ QIZILLAR - Alpinistlərə ehtiyac var! 

Hazırda oxunan: Bakının “Razin dağı”nda GİZLƏDİLMİŞ QIZILLAR - Alpinistlərə ehtiyac var! 

26047

Paytaxtın Bakıxanov qəsəbəsində yerləşən, vaxtilə sirli, vahiməli bir yer olan, indiyədək Razin dağı adlandırılan ərazi yaxın vaxtlarda maraqlı ekoturizm məkanına çevrilə bilər. 

Azərbaycan EkoTurizm Assosiasiyası bu məqsədlə aksiyaya başlayıb.

Azərbaycan Ekoturizm Assosiasiyasının mütəxəssislərinin fikrincə, Razin dağı və mağara təbii və tarixi bir obyekt kimi sonradan Bakı ətrafındakı turizm marşrutlarına daxil edilə bilər.
 

MÖVZU İLƏ BAĞLI:

Bu gün İŞ YERLƏRİNDƏ fəaliyyət dayandırılacaq – Qanunu pozanları nə gözləyir? 


Təhlükəsiz alpinizm, spleoturizm, sərt ərazidə qaçış, piyada yürüşlər, hiking və trekking kimi fəaliyyətlərin vərdişlərinə yiyələnmək üçün imkanlar yaratmaq bu ərazinin səhmana salınmasından sonrakı potensialı hesab edilir.

Azərbaycan EkoTurizm Assosiasiyasının fəalları Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə nəzərdə tutulmuş aksiyanın yaxın günlərdə keçirilməsini planlaşdırırlar. Bütün maraqlı tərəfləri bu aksiyanı dəstəkləməyə və bir vaxtlar populyar olan obyektin bərpasında kömək göstərməyə çağırırlar.

Alpinistlərin də bu işdə iştirakına böyük ehtiyac var. Çünki burada dağa dırmaşma turizmini inkişaf məsələləri də müzakirə ediləcək.

Tarixə kiçik səyahət edərək, qeyd edək ki, 1667-ci ildə Stepan Razinin başçılığı altında quldur dəstəsi Bakı şəhərinə yürüş edib. Dəstə dağdakı mağarada düşərgə qurub, ordan ətraf kəndlərə qəfil basqınlar edib. Basqınlar yerli əhaliyə o qədər problemlər gətirib ki, onlar Sabançı dağını Razin dağı adlandırıblar və buradakı mağara da onun adını daşımağa başlayıb.

Mağaranın girişinin eni 5, hündürlüyü 13.6 metirdir,  iki otaqdan ibarətdir. Yazılı mənbələrə görə, ümumi sahəsi 255.7 kvadrat metr olan mağaranın 2 km uzunluğundakı qolu ilə dənizə çıxışı var. Hətta mağaranın iki yeraltı çıxışı olduğu, bunlardan birinin Xəzər dənizinə, digərinin isə inandırıcı görünməsə də, Qara dənizinə qədər uzandığı, Stepan Razinin yerli əhalidən taladığı sərvətləri bu qollardan birində gizlətdiyi haqda əfsanələr mövcuddur. Hətta söylənilir ki, “Razin dağı”nda Stepanın quldur dəstəsinin gizlətdiyi xeyli aşkarlanmamış qızıl da var. 

Gözdən uzaq, qulaqdan iraq bir məkan olan bu mağara sonralar Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbəri olmuş Sergey Kirovun da "parlaq gələcək" qurmaq üçün gizli toplantılar keçirmək məqsədilə diqqətini cəlb edib. 

1990-cı illərdən sonra isə dağ və mağaranın ətrafı unudulub. İndi bura zibil yığınları, plastik butulkalarla doludur. Dırmanma avadanlığı köhnəlib.

Ötən ilin əvvəllərində Azərbaycan EkoTurizm Assosiasiyası tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri ilə Razin mağarası və dağı ətrafındakı ərazilərdə baxış keçirilib. Qərara alınıb ki, ilk növbədə ərazi zibillərdən təmizlənməli, deratizasiya və dezinfeksiya edilməli, abadlıq işləri aparılmalı, köhnəlmiş dırmanma avadanlığını dəyişdirilməli, dağın səthini “M+S=AŞK” tipli yazılardan təmizlənməli, məlumat lövhələri və göstəricilər quraşdırılmalıdır.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO