Srebrenitsa anaları “Ana abidəsini” ziyarət etdi

Srebrenitsa anaları “Ana abidəsini” ziyarət etdi

Hazırda oxunan: Srebrenitsa anaları “Ana abidəsini” ziyarət etdi

260158

"Srebranitsa anaları" Xocalı abidəsini ziyarət ediblər.

xa0

Moderator.azxa0xəbər verir ki, Parlement Jurnalistlər Birliyinin təşəbbüsü, Qaçqın və Məcburi Köçkülərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə bu gün Bakıda "Srebranitsa anaları" ilə görüş keçirilib. "Qaçqınkom" binasında baş tutan tədbirdə hər iki valideynini Xocalı soyqırımında itirən "25"lərlə görüşüb. Tədbidən sonra "Srebrenitsa anaları" Xocalı abidəsini ziyarət ediblər. PJB sədri Elşad Eyvazlı deyib ki, "Srebrenitsa anaları" soyqırımında bütün yaxınlarını itirmiş analardır.

xa0

Onlar ötən il Bosniyada keçirilən "Böyüməyən uşaqlar" kitabının təqdimatında iştirak etdilər və elə o zaman Azərbaycana gəlmək istədiklərini bildirdilər: "Təbii ki, biz onların bu təşəbbüsünü xoş qarşıladıq. Bakıya gələn "Srebrenitsa anaları" söz verdilər ki, Xocalı soyqırımının da ortaq dərdimiz kimi dünyaya tanıdılmasına dəstək göstərəcəklər.

Yeni layihələr də var və inanıram ki, böyük işlər görüləcək tədbirlər həyata keçiriləcək. Xocalı soyqırımının 27-ci ildönümündə onların ölkəmizə gəlib, bizə dəstək olması inanıram ki, dünya birliyinə bir mesajdır. Xocalı soyqırımı təkcə azərbaycanlıların, türklərin deyil, bütün dünyanın dərdidir. Bu istiqamətdə əhəmiyyətli işlər görüləcəyinə əminəm". Azərbaycanda da "Xocalı anaları" adlı təşkilatın yaradılmasına gəlincə, E.Eyvazlı bu addımı istisna etməyib: "Analar Xocalıdan olan insanlarla, "25-lər"lə görüşəndə xahiş etdilər ki, Xocalı qadınlarından ibarət təşkilat yaradılsın. Onlar belə bir təşkilat yaradılarsa, yaxından dəstək ola biləcəklərini dilə gətirdilər. Bu təşəbbüs "25-lər"lə görüşdə də müzakirə olundu. Hesab edirəm ki, yaxın zamanda belə bir təşkilat yaradılacaq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO