Sumqayıtda mebel fabrikinin süngər anbarı YANDI

Sumqayıtda mebel fabrikinin süngər anbarı YANDI

Hazırda oxunan: Sumqayıtda mebel fabrikinin süngər anbarı YANDI

259938

Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.

Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə Azərbaycan prospektində yerləşən mebel fabrikinə məxsus süngər anbarında qeydə alınıb.

Məlumata görə, anbarda baş verən yanğın nəticəsində obyekt tamamilə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.
 

Süngərlərin alovlanma sürəti səbəbilə alov qısa müddətdə bütün anbarı bürüyüb. Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.


Yanğının səbəbləri araşdırılır. Faktla bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO