Bakıda bədbəxt hadisə - Kişi betonlanmış çuxura yıxıldı

Bakıda bədbəxt hadisə - Kişi betonlanmış çuxura yıxıldı

Hazırda oxunan: Bakıda bədbəxt hadisə - Kişi betonlanmış çuxura yıxıldı

25989

Bakı şəhərinin Nəsimi rayonunda təmir-tikinti zamanı kişi hündürlükdən yıxılıb.

Bizim.Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, 1964-cü il təvəllüdlü Həsənov İlham İbaş oğlunun meyitinin götürülməsinə köməklik göstərilməsi üçün nazirliyə müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində İ.Həsənovun meyit tikinti sahəsindəki betonlanmış çuxurdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO