5 gün sonra “Bulvarda kino axşamı” olacaq

5 gün sonra “Bulvarda kino axşamı” olacaq

Hazırda oxunan: 5 gün sonra “Bulvarda kino axşamı” olacaq

259843

İyulun 19-u “Bulvarda kino axşamı” adlı layihəyə start verilir. 

Bizim.Media  xəbər verir ki, həmin gün saat 20:00-da “Görüş” filminin nümayişi olunacaq.

Filmlərin nümayişi ilə yanaşı, “Azərbaycanfilm”in geyim və rekvizitləri, çəkiliş və texniki avadanlıqları da sərgilənəcək.
 

Sərgini ziyarət edənlərin sevdikləri film qəhrəmanlarının onlara tanış olan qiyafələrini və aksessuarlarını, eləcə də çəkiliş vaxtı istifadə edilən avadanlıqları görmək imkanları olacaq.


Qeyd edək ki, layihə Mədəniyyət Nazirliyinin dəstəyi, C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO