Gömrük borcunun ödənilməsi ilə bağlı YENİ QAYDA

Gömrük borcunun ödənilməsi ilə bağlı YENİ QAYDA

Hazırda oxunan: Gömrük borcunun ödənilməsi ilə bağlı YENİ QAYDA

259807

Gömrük borcunun ödənilməsinə dair yeni qayda müəyyənləşir.

Bizim.Media xəbər verir ki, bu məsələ parlamentin bu gün keçirilən iclasının gündəliyinə daxil edilmiş Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
 

Qanun layihəsinə əsasən, gömrük borcu hesablanmış, gömrük ödənişləri üzrə borclu olan və ya bu Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan istifadə etməklə təminat verildikdə, həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilə bilər.


Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi ilə əlaqədar yarana biləcək gömrük ödənişləri sahibkarlıq subyekti olmayan fiziki şəxs, habelə bu Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan istifadə edilməklə təminat verildikdə, həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilə bilər.

Qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO