“İmtahanların yoxlanması prosesinə mənim müdaxiləm belə mümkünsüzdür” – DİM sədri

“İmtahanların yoxlanması prosesinə mənim müdaxiləm belə mümkünsüzdür” – DİM sədri

Hazırda oxunan: “İmtahanların yoxlanması prosesinə mənim müdaxiləm belə mümkünsüzdür” – DİM sədri

259797

"İmtahanların yoxlanması prosesinə özümün müdaxiləsi qeyri-mümkündür". 

Bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu gün keçirilən 2024/2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlilinin ictimai müzakirələrinin birinci günü zamanı deyib. 

Sədr bildirib ki, imtahan nəticələrinin emalı qapalı şəkildə aparılır:

"DİM-in apardığı işlər ciddi şəkildə əvvəlcədən yazılan alqoritma ilə aparılır. Real yoxlama prosesi gedir. Bu prosesə kiminsə iradı ilə bir insan qoşula bilməz və nəyisə dəyişə bilməz. Bu əsasdır. Biz insan faktorunun təsirini bu prosesdən götürmüşük. Buna özümün müdaxiləsi belə, qeyri-mümkündür".

Nəzrin Mirzəyeva, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO