6 minə yaxın abonent qazsız qalacaq

6 minə yaxın abonent qazsız qalacaq

Hazırda oxunan: 6 minə yaxın abonent qazsız qalacaq

259765

Masallı rayonunda qaz təchizatının verilişində fasilə yaranacaq.

Bizim.Media xəbər verir ki, Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
 

Bildirilib ki, ərazidə yerləşən "Alvadı" qazpaylayıcı stansiyasından qidalanan Təzə Alvadı, Köhnə Alvadı, Meşəkənarı, Böyük Xocavar, Bambaşı, Yeyənkənd, Tatyanoba və Güllütəpə kəndlərini təbii qazla təmin edən orta təzyiqli qaz xəttində aparılacaq kipliyə sınaq işləri ilə əlaqədar olaraq, 15 iyul 2025-ci il tarixində saat 10:00-dan işlər başa çatanadək, ümumilikdə 8 kənd üzrə 4 900 abonentin qaz təchizatının müvəqqəti dayandırılması planlaşdırılır.


Eyni zamanda, Lerik rayonu ərazisində yerləşən "Lerik" qazpaylayıcı stansiyasından qidalanan Mondigah, Andurma, Rvarud, Rəzgov, Təngəbin, Veri, Mistan, Xəlifəkənd, Tatoni, Qosmalian və Hiveri kəndlərini təbii qazla təmin edən orta təzyiqli yerüstü və yeraltı daşıyıcı qaz kəmərlərində aparılacaq kipliyə sınaq işləri ilə əlaqədar olaraq, 15 iyul 2025-ci il tarixində saat 10:00-dan etibarən işlər başa çatanadək ümumilikdə 16 yaşayış məntəqəsində 1 050 abonentin qaz təchizatının dayandırılması nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO