Mətbuat Şurasında Vətən müharibəsində iştirak edən jurnalistlərlə GÖRÜŞ - FOTO 

Mətbuat Şurasında Vətən müharibəsində iştirak edən jurnalistlərlə GÖRÜŞ - FOTO 

Hazırda oxunan: Mətbuat Şurasında Vətən müharibəsində iştirak edən jurnalistlərlə GÖRÜŞ - FOTO 

25969

Bu gün Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə 44 günlük Vətən Müharibəsində əsgər və zabit kimi iştirak etmiş jurnalistlərlə görüş keçirilib. 

Mətbuat Şurasından Bizim.Media-ya verilən məlumata görə, 26 iyun Silahlı Qüvvələr Gününə həsr olunmuş toplantı torpaqlarımızın azadlığı uğurunda canından keçmiş Vətən övladlarının xatirələrinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. 

Görüşdə çıxış edən jurnalistlər – Taleh Şahsuvarlı, Mahal Məmmədov, Nahid Salayev, Emin Piri, Nəsimi Şərəfxanlı, Rza Bəbirov və başqaları Azərbaycan Mətbuat Şurasının saytında Vətən müharibəsində döyüşmüş jurnalistlərlə bağlı ayrıca bölmənin yaradılmasını, onlarla əlaqədar bilgilərin sistemləşdirilməsini təklif ediblər. 

Görüşdə müharibə şəraitində jurnalist peşəkarlığının müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparılıb. 

Toplantıda həmçinin cəbhədə döyüşmüş jurnalistlər Mətbuat Şurasının “Qələmdən süngüyə” mükafatı ilə təltif ediliblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO