"Şirin yuxuma girib dedi ki..." Milli Qəhrəmanın həyat yoldaşı...

Hazırda oxunan: "Şirin yuxuma girib dedi ki..." Milli Qəhrəmanın həyat yoldaşı...

259436
"Şirin yuxuma girib dedi ki, bəyəm mən ad üçün vuruşmuşam ?"

Moderator.az xəbər verir ki, bu sözləri bu gün Beynəlxalq Mətbuat Mərkəzində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin Qarabağ müharibəsi iştirakçıları və əlilləri ilə görüşü zamanı Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı, millət vəkili Flora Qasımova deyib.xa0

F.Qasımova bildirib ki, o, heç vaxt kiməsə gedib deməyib ki, həyat yoldaşıma ad verin:

"Həyat yoldaşım Şirin Mirzəyev şəhid olandan sonra döyüşçü yoldaşları sənət toplayıb müvafiq qurumlara müraciət edirdilər ki, ona ad versinlər. Bununla bağlı mənə də müraciət etdilər ki, sənət toplayım. Amma mən o halda deyildim, çünki Şirin şəhid olandan sonra Ağdam da işğal olundu. Bir gün Şirin yuxuma girib dedi ki, bəyəm mən ad üçün vuruşmuşam?". Onu demək istəyirəmxa0 ki, bizim qəhrəman oğlanlarımız vətən üçün döyüşüblər".xa0

Ðx9aаÑx80Ñx82инки

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO