2025-ci ilin ilk yarısında İranda jurnalistlərə və media qurumlarına qarşı ən azı 46 yeni cinayət işi qaldırılıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı, Azad İnformasiya Axınını Müdafiə Təşkilatının son hesabatında bildirilir.
Hesabatda qeyd olunur ki, prezident Məsud Pezeşkianın seçilməsindən sonra ölkədə mediaya qarşı təzyiqlərin yeni mərhələsi başlayıb:
“Azad informasiya axını daha da məhdudlaşdırılıb və ifadə azadlığı sahəsində ciddi geriləmə müşahidə olunur”.
Təşkilat bildirir ki, yanvar-iyun aylarında ümumilikdə 95 jurnalist və media orqanı 110 hüquqi və təhlükəsizlik basqısı ilə üzləşib. Onlardan ən azı 19-u qadın jurnalistlərdir və bir neçəsi artıq həbs edilib. İnsan haqları təşkilatları bu tendensiyanı ifadə azadlığına ciddi zərbə kimi qiymətləndirir. (Iran International)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:18 / 10.07.2025
Jurnalist olmaq bu ölkədə “cinayət” sayılır? - Onlarla mediaya məhkəmə işi açıldı
Hazırda oxunan: Jurnalist olmaq bu ölkədə “cinayət” sayılır? - Onlarla mediaya məhkəmə işi açıldı
Hazırda oxunan: Jurnalist olmaq bu ölkədə “cinayət” sayılır? - Onlarla mediaya məhkəmə işi açıldı
259241
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.