Metrodan yeni xəbər var - HAMI GÖZLƏSİN!

Metrodan yeni xəbər var - HAMI GÖZLƏSİN!

Hazırda oxunan: Metrodan yeni xəbər var - HAMI GÖZLƏSİN!

25920

“Bu il metropolitenə 20 yeni vaqon gətiriləcək”.

Bu barədə Bizim.Media-ya “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bu vaqonlar 2019-cu ildə bağlanmış müqaviləyə uyğun olaraq, hazırda istehsal olunur: 
 

MÖVZU İLƏ BAĞLI:

Bakı metrosu iyunda hər gün işləyəcək


“İlin ikinci yarısında Bakıya gətirilərək, sazlama, tənzimləmə və sınaq işlərindən sonra xəttə buraxılacaq”.

Metropoliten sözcüsü bildirib ki, hazırda 75 yeni nəsil vaqonlarından formalaşmış 15 yeni qatar xətlərdə hərəkət edir. Gətiriləcək hərəsi 5 vaqondan ibarət 4 qatar da xəttə buraxıldıqdan sonra belə qatarların sayı 19-a çatdırılacaq.

Şöbə rəisi müqaviləyə əsasən gələn il də Rusiyadan Bakıya vaqonların gətirilməsinin davam edəcəyini, daha 20 vaqonun istismara verləcəyini deyib. 

Xatırladaq ki, 2019-cu lin oktyabr ayında "Bakı Metropoliteni" QSC Rusiyanın “Metrovaqonmaş” şirkəti ilə vaqonların alınmasına dair müqavilə imzalayıb. Müqavilənin şərtinə görə, imzalamadan sonrakı 3 ildə, hər il 20 vaqon yaxud 4 qatar olmaqla ümumilikdə, 60 vaqon və yaxud 12 qatarın Bakıya gətirilməsi nəzərdə tutulub.

Əlavə edək ki, son günlər havaların isti keçməsi ilə bağlı olaraq metrodan istifadə edən sərnişinlər xüsusilə köhnə qatarlardan narazılıq edirlər.  

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO