Qarabağda döyüşən Rusiya vətəndaşının məhkəməsi başladı

Qarabağda döyüşən Rusiya vətəndaşının məhkəməsi başladı

Hazırda oxunan: Qarabağda döyüşən Rusiya vətəndaşının məhkəməsi başladı

25886

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviçin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Bizim.Media xəbər verir ki, məhkəməyə hakim Samir Əliyev sədrlik edir. Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilir.
 

MÖVZU İLƏ BAĞLI:

Əsirlərə işgəncə verən ermənilər məhkəmə QARŞISINDA


Qeyd edək ki, Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO