Sertifikasiya ilə işdən çıxarılanlar hansı fənlərin müəllimləridir? - AÇIQLAMA

Sertifikasiya ilə işdən çıxarılanlar hansı fənlərin müəllimləridir? - AÇIQLAMA

Hazırda oxunan: Sertifikasiya ilə işdən çıxarılanlar hansı fənlərin müəllimləridir? - AÇIQLAMA

258766

Müəllimlərin təkrar sertifikatlaşdırma imtahanında ümumilikdə 3338 nəfər iştirak edib. Onlardan 1328 nəfəri keçid balını toplayaraq növbəti mərhələ olan müsahibədə iştirak hüququ qazanıb.

Bizim.Media xəbər verir ki, imtahanda iştirak edənlərdən 2006 müəllim isə keçid balını toplaya bilməyib. Həmçinin, 334 nəfər imtahanda ümumiyyətlə iştirak etməyib, 4 nəfər isə müxtəlif səbəblərlə imtahandan kənarlaşdırılıb.

Bununla da təkrar sertifikatlaşdırmada minimum tələbi ödəməyən, prosesdə iştirak etməyən, eyni zamanda imtahan qaydalarını pozduğu üçün nəticələri ləğv edilən 2344 müəllimin müqavilələrinə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xitam verilib.

Bəs işdən çıxarılan həmin müəllimlər hansı fənlərdən dərs deyirdilər?

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) “Modern.az”ın sorğusuna cavab olaraq bildirilib ki, keçid balını toplaya bilməyən müəllimlərin hansı fənlər üzrə zəif nəticə göstərdiyi və ümumi fənn qruplaşması barədə məlumatlar hazırda təhlil olunur.

Təhlillərin nəticəsi müəyyən olunduqdan sonra ictimaiyyətə bununla bağlı daha geniş məlumat veriləcək.

Qeyd edək ki, müəllimlərin sertifkasiya imtahanı bu ilin 20-25 iyunda baş tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO