Gənc şair Həsən Kür VƏFAT ETDİ

Gənc şair Həsən Kür VƏFAT ETDİ

Hazırda oxunan: Gənc şair Həsən Kür VƏFAT ETDİ

258717

Azərbaycan Yazıçılar Birliyinin üzvü, 44 günlük Vətən müharibəsinin iştirakçısı, gənc şair Həsən Kür (Zeynallı) vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə apa-ya onun yaxınları məlumat veriblər.

Bir neçə saat əvvəl halı pisləşən Həsən Kürü Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, o, beyin qanaması nəticəsində xəstəxanada vəfat edib.

Qeyd edək ki, fevralın 22-si gənc şair Həsən Kür intihara cəhd edib. Belə ki, o "Sevinc Mall" ticarət mərkəzinin 3-cü mərtəbəsindən özünü atıb. O həmin gün 19:10 radələrində müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Fevralın 27-i Sabunçu Tibb Mərkəzinin anestezioloqu və reanimatoloqu dr. Leyla Mərcan tərəfindən bildirilib ki, o, komadadır, süni tənəffüs aparatına qoşulub. Martın 5-də süni tənəffüs aparatından ayrılıb, səhhəti stabilləşib, palataya köçürülüb.

Martın 20-i sol ayağından əməliyyat olunan gənc şair reaninmasiyaya yerləşdirilib, daha sonra palataya köçürülüb. Aprelin 25-i isə xəstəxanadan evə buraxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO