Sarıkökün gizli FAYDALARI: Bağırsaq xərçəngi…

Sarıkökün gizli FAYDALARI: Bağırsaq xərçəngi…

Hazırda oxunan: Sarıkökün gizli FAYDALARI: Bağırsaq xərçəngi…

258703

Alimlərin hesab edirlər ki, gündəlik rasiona az miqdarda zərdəçal (sarıkök) əlavə etmək bağırsaq xərçənginin qarşısını almaqda faydalı ola bilər.

Bizim.Media xəbər verir ki, araşdırmalar göstərib ki, zərdəçala parlaq narıncı rəng verən kurkumin adlı birləşmə bağırsaqda ilkin xərçəng hüceyrələrinin artmasının qarşısını ala bilir.

Lester Universitetinin ekspertləri bildirirlər ki, bu ədviyyat zərərli hüceyrələri çoxalmağa və şiş əmələ gətirməyə macal tapmazdan əvvəl onları zərərsizləşdirir. Onlar müəyyən ediblər ki, sarıkök həmin hüceyrələrin istifadə etdiyi əsas zülalla birləşərək onun fəaliyyətini bloklayır.

Bundan əlavə, alimlər xərçəng hüceyrələri yeridilmiş siçanlar üzərində ayrıca testlər və araşdırmalar aparıblar. Nəticədə məlum olub ki, sarıkök şişlərin böyüməsini ləngidir və ömrü uzadır. Sınaqlarda istifadə olunan insan üçün ekvivalent doz gündə bir yarımdan iki qramadək sarıkök təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO