"Rosqvardiya" rəhbərinin keçmiş müavini HƏBS EDİLDİ

"Rosqvardiya" rəhbərinin keçmiş müavini HƏBS EDİLDİ

Hazırda oxunan: "Rosqvardiya" rəhbərinin keçmiş müavini HƏBS EDİLDİ

258681

Rusiya Milli Qvardiyası ("Rosqvardiya") direktorunun sabiq birinci müavini, general-polkovnik Viktor Striqunov vəzifə səlahiyyətlərindən sui-istifadəyə dair cinayət işində fiquranta çevrilib.

Bizim.Media xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
 

Məlumata görə, Striqunov Sibir dairəsində poliqon tikintisi zamanı səlahiyyətlərindən sui-istifadə edib. O, rüşvətxorluqda da ittiham olunur.


Belə , 2012-2014-cü illərdə tikinti işləri üçün milyonlarla dollarlıq dövlət müqavilələrinin icrası zamanı ümumi himayədarlıq üçün kommersiya təşkilatlarının nümayəndələrindən 66 milyon rubldan çox rüşvət alıb.

Moskva şəhərində saxlanlan Striqunov barəsində həbs-qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO