Məktəbəqədər təhsilə cəlb olunan uşaqların SAYI AÇIQLANDI

Məktəbəqədər təhsilə cəlb olunan uşaqların SAYI AÇIQLANDI

Hazırda oxunan: Məktəbəqədər təhsilə cəlb olunan uşaqların SAYI AÇIQLANDI

258654

Hazırda ölkəmizdə 1–5 yaşlı uşaqların təxminən 38%-i məktəbəqədər təhsilə cəlb olunub.

Bizim.Media xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasına əsasən, bu göstəricinin 50%-ə çatdırılması hədəflənib.

"2022-ci ildən etibarən, yəni məktəbəqədər təhsil müəssisələrinin Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsindən bu günə qədər ölkə üzrə 18 yeni uşaq bağçası tikilərək istifadəyə verilib.
 

Hazırda ölkə üzrə ümumilikdə 1669 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bu bağçalarda hazırda ümumilikdə 105 minə yaxın uşaq təlim-tərbiyəyə cəlb olunub. Ənənəvi bağçalarla yanaşı, alternativ təhsil modellərinin tətbiqi də bu sahədə mühüm rol oynayır.


Bu istiqamətdə icma əsaslı məktəbəqədər təhsil, ailə tipli məktəbəqədər təhsil modelləri tətbiq olunur.

Bu layihələr çərçivəsində əlavə olaraq 20 mindən çox bağça yaşlı uşaq məktəbəqədər təhsilə cəlb olunub.

Bununla yanaşı, dövlət-özəl əməkdaşlığı çərçivəsində 1300-dən çox uşaq məktəbəqədər təhsil imkanlarından yararlana bilib",- deyə məlumatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO