Azərbaycanda əsgərlik yaşı DƏYİŞİR?

Azərbaycanda əsgərlik yaşı DƏYİŞİR?

Hazırda oxunan: Azərbaycanda əsgərlik yaşı DƏYİŞİR?

258648

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov hərbi xidmətə çağırış yaşının 20 yaşdan yuxarı qaldırılması barədə təkliflərə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, deputat “Pravda.az”a açıqlamasında bu barədə danışıb.

O, deyib ki, inkişaf etmiş müxtəlif ölkələrdə olduğu kimi Azərbaycanda da orduda müqavilə ilə müddətdən artıq hərbi xidmət keçmə məsələsi var.
 

“44 günlük müharibə dövründə də şahidi olduq ki, əsas döyüş mövqelərində, vacib əməliyyatlarda komando dəstələri iştirak edirlər, həddindən artıq peşəkardırlar. Onların yaşları isə 18 deyil, 20-dən yuxarıdır. Bütün bu proseslərdə hamı şahid oldu ki, irəli, döyüş xəttinə yeni hərbi qulluğa getmiş əsgərlər buraxılmır. Onlar ən azı 6 ay xidmət keçməlidirlər ki, hərbi əməliyyatlarda iştirak edə bilsinlər. 


Yaş həddi məsələsi sovet dövründən qalma qaydadır. 

18 yaşından hərbi xidmətə çağırış sovet dövründən bəri var. Amma indiki ordular artıq o dövrlərin orduları deyil. Orduda professionallıq, müqavilə ilə xidmət üstünlük təşkil edir. Xüsusi təyinatlıların hazırlanmasına önəm verilir. Azərbaycan vətəndaşı 18 yaşına çatanda vətənə xidmət borcunu yerinə yetirmək üçün hərbiyə yollanır. Bu məsələlər müzakirə olunur. Ola bilər, gündəmə gətirilər, qanunvericilikdə diqqət yetirilər və müəyyən qərarlar verilər. Hələ ki belə bir şey yoxdur”, - deputat bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO