Ən şanslı gündə doğulan bürclər açıqlandı

Ən şanslı gündə doğulan bürclər açıqlandı

Hazırda oxunan: Ən şanslı gündə doğulan bürclər açıqlandı

258641

Astroloqlar bürclərin doğulduğu günlərin həyatdakı uğurlarına necə təsir etdiyini araşdırıblar. Onların fikrincə, bəzi bürclər daha "şanslı gündə" dünyaya gəldikləri üçün həyatlarının müxtəlif sahələrində – karyera, münasibətlər və maliyyə baxımından üstünlüklərə sahib olurlar.

Bizim.Media xəbər verir ki, siyahının ilk pilləsində Əqrəb bürcü yer alır. Astroloqların fikrincə, bu bürc altında doğulan insanlar, xüsusilə 8, 17 və 26-cı tarixlərdə anadan olublarsa, yüksək intuisiyaları və güclü enerjiləri ilə həyatda tez-tez uğur qazanırlar.

Daha sonra Oğlaq bürcü gəlir. Onlar xüsusilə ayın 8-i və 28-i doğulanlarsa, planlı və məqsədyönlü olduqları üçün şans özləri ilə olur. Onlar tez-tez rəhbər vəzifələrə yüksəlir, maliyyə baxımından sabitlik əldə edirlər.

Üçüncü sırada isə Şir bürcü dayanır. Ayın 1-i və 10-da doğulan Şirlər ətrafındakıları asanlıqla təsirləndirir, liderlik xüsusiyyətləri ilə fərqlənirlər. Onların pozitiv enerjisi həyatlarında qarşılarına çıxan fürsətləri yaxşı dəyərləndirməyə imkan verir.

Astroloqlar bildirir ki, bu tarixlərdə doğulmuş insanlar öz daxili güclərinə və doğru zamandakı təşəbbüslərinə görə daha çox uğur qazanırlar. Bununla belə, qeyd edilir ki, təkcə doğum günü deyil, şəxsi səylər və düzgün qərarlar da həyatda uğurun açarıdır. (baku.ws)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO