Şəkidə ağır qəza: Bir nəfər yaralandı

Şəkidə ağır qəza: Bir nəfər yaralandı

Hazırda oxunan: Şəkidə ağır qəza: Bir nəfər yaralandı

258629

Şəki şəhər ərazisində minik avtomobili yük maşını toqquşub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yol-nəqliyyat hadisəsi Salman Mümtaz küçəsində qeydə alınıb. 
 

Belə ki, Qudula kənd sakini 21 yaşlı Röyal Həsrətovun idarə etdiyi “VAZ” markalı minik avtomobili ilə məişət tullantıları daşıyan yük maşını toqquşub.  Nəticədə minik avtomobilinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.  


O, Təcili Tibbi yardım briqadasının köməyi ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müalicəsi davam etdirilir. 

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO