Bakıda 36 yaşlı qadın xüsusi amansızlıqla öldürüldü, əri SAXLANILDI

Bakıda 36 yaşlı qadın xüsusi amansızlıqla öldürüldü, əri SAXLANILDI

Hazırda oxunan: Bakıda 36 yaşlı qadın xüsusi amansızlıqla öldürüldü, əri SAXLANILDI

258607

Bakıda dəhşətli qətl hadisəsi baş verib.

Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb.
 

Qəsəbə sakini, 1989-cu il təvəllüdlü Rəşad Tağıyev həyat yoldaşı, 1989-cu il təvəllüdlü Sevinc Hüseynovanı xüsusi amansızlıqla qətlə yetirib.

 

Belə ki, R.Tağıyev gecə saatlarında həyat yoldaşı S.Hüseynovanı aldadaraq Lökbatan qəsəbəsi ərazisindəki gölün kənarına aparıb. O, orada Sevinc Hüseynovanı əvvəlcə bıçaqlasa da, sonradan ölmədiyini görüb başını gölün kənarındakı böyük daşa vurub. R.Tağıyev qadının başını dəfələrlə daşa vuraraq əzib öldürüb.

Keçirilən əməliyyat tədbirləri nəticəsində R.Tağıyev şübhəli şəxs qismində saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO