Ev şəraitində işləyərkən sağlam qidalanmanın önəmi

Ev şəraitində işləyərkən sağlam qidalanmanın önəmi

Hazırda oxunan: Ev şəraitində işləyərkən sağlam qidalanmanın önəmi

258606

Son illərdə evdən işləmək geniş yayılsa da, bu vəziyyət bəzi sağlamlıq risklərini də özü ilə gətirir.

Bizim.Media xəbər verir ki, mətbəxə yaxın olmaq, insanı sağlam olmayan atışdırmalara yönəldə bilər.

Ona görə də evdə işləyənlərin sağlam qidalanma vərdişlərini həyatlarına daxil etməsi vacibdir.

Sağlam qidalanma, ev şəraitində çalışanların enerji səviyyəsinin yüksək qalmasına, immun sisteminin güclənməsinə və ümumi sağlamlığın qorunmasına kömək edir. Əsas yeməkləri adlamamaq, ara yeməklərdə meyvə, qatıq, qoz-fındıq kimi faydalı məhsullara üstünlük vermək tövsiyə olunur.

Eyni zamanda, su içmək vərdişi də unudulmamalıdır. Gün ərzində ən azı 8 stəkan su içmək və kafeinli içkilər əvəzinə suya üstünlük vermək konsentrasiyanı artırır.

Həkimlər evdə işləyənlərə əvvəlcədən yemək planı hazırlamağı, təzə meyvə-tərəvəz qəbulunu artırmağı və fast food kimi zərərli qidalardan uzaq durmağı tövsiyə edirlər. Sağlam atışdırmalara yer vermək isə həm zövq verir, həm də bədəni lazımi şəkildə dəstəkləyir. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO