"-ov", "-yev" sonluqlu soyadlar dəyişdiriləcək?

"-ov", "-yev" sonluqlu soyadlar dəyişdiriləcək?

Hazırda oxunan: "-ov", "-yev" sonluqlu soyadlar dəyişdiriləcək?

258537

Azərbaycanda soyadların milliləşdirilməsi məsələsi zaman-zaman müzakirə mövzusuna çevrilir. Xüsusilə "-ov", "-yev" kimi sovet dövründən qalan sonluqların dəyişdirilməsi dəstəklənir. Bəs soyadların milliləşməsi məcburi ola bilər?

Bizim.Media xəbər verir ki, millət vəkili Fazil Mustafa “metbuat.az”a açıqlamasında bildirib ki, soyadların milliləşməsi ilə bağlı qanun qəbul olunub və onun müddəalarına əməl edilməlidir:
 

"Qanuna əsasən, vətəndaşların soyadlarını dəyişmək hüququ var. Ancaq soyad dəyişməsi insanlara məcburi şəkildə tətbiq olunmamalıdır. Bu, şəxsi seçimdir. İnsanların sənədləri, digər hüquqi məsələləri var və bu prosesə məcburən cəlb olunmalarının heç bir məntiqi yoxdur".


F.Mustafanın fikrincə, insanlar milli soyadlara maarifləndirmə yolu ilə yönəlməlidirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO