Goranboyda avtomobil yol kənarındakı maneəyə çırpıldı - FOTO

Goranboyda avtomobil yol kənarındakı maneəyə çırpıldı - FOTO

Hazırda oxunan: Goranboyda avtomobil yol kənarındakı maneəyə çırpıldı - FOTO

258520

Qazax-Bakı magistralının Goranboy rayonu ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, magistralın Borsunlu qəsəbəsindən keçən ərazisində hərəkətdə olan “Toyota Land Cruiser Prado” markalı avtomobilin sürücüsü idarəetməni itirməsi nəticəsində maşın yol kənarındakı maneəyə çırpılıb.

Qəza zamanı avtomobilə ciddi ziyan dəyib. Sürücünün xəsarət alaraq xəstəxanaya aparıldığı bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO