Bu tarixlərdə gün qısalacaq - SƏBƏB

Bu tarixlərdə gün qısalacaq - SƏBƏB

Hazırda oxunan: Bu tarixlərdə gün qısalacaq - SƏBƏB

258515

Alimlər Yer kürəsinin fırlanma sürətində gözlənilməz artım müşahidə etdiklərini və bunun nəticəsində tarixdəki ən qısa günün yaxın həftələrdə baş verə biləcəyini açıqlayıblar.

Bizim.Media xəbər verir ki, London Universitetindən astrofizik Qraham Cons bildirib ki, bu yay Yer üç müxtəlif tarixdə - 9 iyul, 22 iyul və 5 avqustda normaldan daha sürətli fırlanacaq. Həmin günlərdə zaman sırasıyla 1,30; 1,38 və 1,51 millisaniyə qısala bilər.

Moskva Dövlət Universitetindən alim Leonid Zotov isə vəziyyətin elmi çevrələrdə təəccüb doğurduğunu deyib: "Heç kim belə bir şeyi gözləmirdi. Bu sürətlənmənin səbəbi hələlik məlum deyil."

Hərçənd fərq millisaniyə səviyyəsindədir, mütəxəssislər bu dəyişikliklərin peyk sistemlərindən GPS dəqiqliyinə və zaman ölçüm texnologiyalarına qədər bir çox sahəyə təsir edə biləcəyi barədə xəbərdarlıq edirlər.

Qeyd edək ki, Yer normalda bir tam fırlanmasını 24 saata - dəqiq desək, 86.400 saniyəyə tamamlayır. Lakin bu müddət təbii fəlakətlər, okean axınları və atmosferdəki hərəkətlər kimi amillərlə azacıq da olsa dəyişə bilir. 2020-ci ildən bu yana isə fırlanma sürətində rekord dəyişikliklər müşahidə olunmaqdadır./Milli.az

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO