Türkiyədə inflyasiya sürəti azalmağa BAŞLADI - Son səkkiz ayda...

Türkiyədə inflyasiya sürəti azalmağa BAŞLADI - Son səkkiz ayda...

Hazırda oxunan: Türkiyədə inflyasiya sürəti azalmağa BAŞLADI - Son səkkiz ayda...

258508

Türkiyədə illik inflyasiya sürətində son səkkiz ayda ilk dəfə olaraq azalma başlayıb.

 

Sfera.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, mayda 75,45 faiz olan illik inflyasiya iyunda 71,6 faizə düşüb. Aylıq müqayisədə isə inflyasiya son bir ilin ən aşağı səviyyəsinə enib.

 

İyun ayı ərzində qiymətlər 1,64 faiz artıb. TÜİK məlumatlarına görə, iyunda ən yüksək aylıq artım 3,79 faizlə mənzil bazarında olub. Təhsildə 3,5 faiz, restoran və otellərdə 3,1 faiz bahalaşma baş verib.

 

Qeyd edək ki, hazırda dünyanda ən yüksək inflyasiyanın müşahidə edildiyi ölkələrdən biri Türkiyədir. Türkiyə hökuməti illik inflyasiyanın ilin sonuna qədər 30-40 faiz intervalına düşəcəyinə inanır.

 

Vasif

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO