Bu pəhriz aralıqlı orucdan daha EFFEKTİVDİR

Bu pəhriz aralıqlı orucdan daha EFFEKTİVDİR

Hazırda oxunan: Bu pəhriz aralıqlı orucdan daha EFFEKTİVDİR

258363

Günaşırı aclıq (bir gün yeməkdən imtina, növbəti gün adi qidalanma) arıqlamaq baxımından gündəlik kaloriyə nəzarət edilən daimi pəhrizlərdən daha effektiv sayılır.

Bizim.Media xəbər verir ki, bu nəticə “UfaTime.ru” tərəfindən yayımlanan yeni araşdırmada açıqlanıb.

Tədqiqatçılar 6582 yetkin şəxsin iştirak etdiyi 99 klinik sınağın nəticələrini təhlil ediblər. Məlum olub ki, bütün növ fasiləli aclıq metodları (məsələn, 16:8 və ya 5:2 pəhrizləri) çəki itirməyə kömək edir. Lakin onların içində günaşırı aclıq – yəni bir gün yeməkdən tam imtina edib, növbəti gün adi rejimdə qidalanmaq daha effektiv nəticə verib.

Bundan əlavə, bu metod "pis" xolesterinin səviyyəsini digər üsullarla müqayisədə daha çox azaldır. Lakin qanda şəkərin səviyyəsində və "yaxşı" xolesterində ciddi dəyişikliklər müşahidə edilməyib.

Alimlər qeyd edirlər ki, dəqiq nəticələr üçün daha uzunmüddətli sınaqlara ehtiyac var. Davamlı arıqlamanın yalnız qidalanma rejimindən deyil, həm də qidanın keyfiyyətindən və peşəkar dəstəkdən asılı olduğu vurğulanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO