Xəbər verdiyimiz kimi, 3 iyul 2025-ci il tarixində Yeni Xanqızı suvarma kanalının Beyləqan şəhəri, Xocavənd qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.
Bizim.Media xəbər verir ki, axtarışlar nəticəsində kanalda batmış 2011-ci il təvəllüdlü Qasımlı Əkbər Nizami oğlunun meyiti bu gün suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, meyit boğulma hadisəsi baş vermiş ərazidən 7 kilometr kənarda aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.

- A-
- A
- A+
Cəmiyyət
18:15 / 05.07.2025
İki gün əvvəl kanalda batan yeniyetmənin meyiti TAPILDI
Hazırda oxunan: İki gün əvvəl kanalda batan yeniyetmənin meyiti TAPILDI
Hazırda oxunan: İki gün əvvəl kanalda batan yeniyetmənin meyiti TAPILDI
258348
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.