Mingəçevirdə avtobusun vurduğu qadın həyatını itirdi

Mingəçevirdə avtobusun vurduğu qadın həyatını itirdi

Hazırda oxunan: Mingəçevirdə avtobusun vurduğu qadın həyatını itirdi

258312

Bir neçə gün öncə Mingəçevirdə Heydər Əliyev prospektinin Günəşli yaşayış massivi ərazisindən keçən hissəsində 1972-ci il təvəllüdlü Mətanət Hacıyevanı Oğuz-Mingəçevir marşrutu ilə hərəkət edən sərnişin avtobusu vurub.

Bizim.Media xəbər verir ki, yaralı Mingəçevir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
 

O, bu gün xəstəxanada dünyasını dəyişib.


Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, qadın Yaşıllaşdırma İdarəsinin əməkdaşı olub.

Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO