Bakıda dönər evində gənc özünü doğradı - 
 VİDEO

Bakıda dönər evində gənc özünü doğradı - VİDEO

Hazırda oxunan: Bakıda dönər evində gənc özünü doğradı - VİDEO

258298
Ötən gecə saat 03:00 radələrində paytaxtın Qara Qarayev metrosu yaxınlığında yerləşən dönər evlərinin birində 21 yaşlı gənc özünü doğrayıb.

Lənkəran sakini, 1997-ci il təvəllüdlü Əliyev Mirsəməd Loğman oğlu bir günlük Bakıya qonaq gəlib.

M.Əliyev dönərxanaların birində münaqişə yaşayıb. Nəticədə, sol qolunu doğrayıb.

Çoxlu qan itirən M. Əliyev Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Yaralıya tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb. Vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.(posta.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO