Naxçıvanda 44 namizəd vergi orqanlarının kadr ehtiyatına daxil edildi

Naxçıvanda 44 namizəd vergi orqanlarının kadr ehtiyatına daxil edildi

Hazırda oxunan: Naxçıvanda 44 namizəd vergi orqanlarının kadr ehtiyatına daxil edildi

258265

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə işə qəbulla əlaqədar cari il martın 18-də elan olunmuş müsabiqə başa çatıb.

Dövlət Vergi Xidmətindən Bizim.Media-ya bildirilib ki, muxtar respublikanın dövlət vergi orqanlarına işə qəbulla bağlı ümumilikdə 357 müraciət daxil olub və onlardan 227 namizəd müsabiqədə iştirak hüququ qazanıb.

Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci il mayın 17-də namizədlər üçün test imtahanı keçirilib. Onlardan 109 nəfər müsabiqə şərtini ödəyərək ikinci mərhələyə - müsahibəyə buraxılıb. Müsahibə mərhələsini müvəffəqiyyətlə keçən 44 namizəd vergi orqanlarının kadr ehtiyatına daxil edilib.

Uğur qazanan namizədlər kadr ehtiyat bazasından mütəmadi qaydada vakant vəzifələrə təyin olunacaqlar. Müsahibənin nəticəsi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (www.taxes.gov.az və www.ntaxes.gov.az) rəsmi internet səhifəsindən tanış olmaq olar.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO