Beyləqanda bədbəxt hadisə baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 1980-cı il təvəllüdlü Elşən Şahmalı oğlu Cəfərov restoranın damından yıxılıb.
E. Cəfərov rayonda yerləşən və təmir olunan “Kral” restoranında fəhlə kimi çalışırmış. Onun ayağı sürüşərək yıxılıb.
Xəsarət alan şəxs Bakı şəhərindəki xəstəxanaların birinə çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, mərhum rayonun Birinci Aşıqlı kənd sakini olub. Ehtiyatsızlıq nəticəsində həyatını itirən Elşən Cəfərovun fotosunu təqdim edirik:
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

- A-
- A
- A+
Cəmiyyət
22:50 / 04.07.2025
45 yaşlı kişi restoranın damından yıxılaraq HƏYATINI İTİRDİ - ÖZƏL/FOTO
Hazırda oxunan: 45 yaşlı kişi restoranın damından yıxılaraq HƏYATINI İTİRDİ - ÖZƏL/FOTO
Hazırda oxunan: 45 yaşlı kişi restoranın damından yıxılaraq HƏYATINI İTİRDİ - ÖZƏL/FOTO
258257
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.