WhatsApp istifadəçilərini çaşdıran YENİLİK – Nə baş verir?

WhatsApp istifadəçilərini çaşdıran YENİLİK – Nə baş verir?

Hazırda oxunan: WhatsApp istifadəçilərini çaşdıran YENİLİK – Nə baş verir?

258214

“WhatsApp”dakı dəyişiklik insanlarda çaşqınlıq yaradıb.

Bizim.Media xəbər verir ki, hazırda tətbiqdə bəzi insanların profil fotosu əvəzinə onların ad və ya soyadlarının baş hərfi görünür.

Belə ki, əgər bir istifadəçi profilinə şəkil yükləməyibsə, “WhatsApp” avtomatik olaraq onun adının və ya telefon nömrəsinin kontakt adına uyğun ilk hərfini dairə içərisində göstərir.
 

Bundan başqa, bu, təkcə profil şəkli yükləməyənlərə aid deyil. Həmçinin, profil fotosunu yalnız kontaklar üçün seçənlərə də aiddir. Yəni istifadəçinin profil fotosu yalnız kontaktlar üçün seçilibsə, kontakda olmayan şəxsə yenə də onun adının baş hərfi görünəcək.


Qeyd edək ki, bu, tətbiqin son beta yenilənməsindən sonra dizayndakı dəyişikliklə bağlıdır. Yəni hər hansı texniki problemlə bağlı deyil.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO