Aqil Abbasdan polislərə DƏSTƏK – “Ən az maaşı onlar alır”

Aqil Abbasdan polislərə DƏSTƏK – “Ən az maaşı onlar alır”

Hazırda oxunan: Aqil Abbasdan polislərə DƏSTƏK – “Ən az maaşı onlar alır”

258142

“Qanun bir qədər gecikmiş  qanundur. Çünki Azərbaycanda ən çox əziyyət çəkən polis orqanlarıdır. Polisin gecəsi-gündüzü yoxdur və ən az maaş alanlar da polislərdir. Bu qanun layihəsi onların sosial təminatını artırmaq üçün vacibdir”.

Bizim.Media xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Aqil Abbas “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili polislərin əmək haqlarının artırılmasını təklif edib:

“Azərbaycan polisi keçmiş sovet ölkələri arasında ən fəal iştirak edən polislərdir. Ölkənin təhlükəsizliyinin qorunmasında fəaldırlar. Birinci Qarabağ savaşında da vuruşan polislər idilər. Polis orqanlarının 62 Milli qəhrəmanı var. Ona görə onların əməyinin qiymətləndirilməsi çox gözəldir. Çox arzu edirəm ki, polislərin maaşı artırılsın. Necə ki, bu qanun layihəsi ona xidmət edir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO