Bu qidaları birlikdə YEMƏYİN – Ekspertdən xəbərdarlıq

Bu qidaları birlikdə YEMƏYİN – Ekspertdən xəbərdarlıq

Hazırda oxunan: Bu qidaları birlikdə YEMƏYİN – Ekspertdən xəbərdarlıq

258122

Bəzi qida birləşmələri sağlamlıq üçün təhlükə yarada bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, düzgün olmayan qidalanma vərdişləri, xüsusilə ziddiyyətli məhsulların eyni vaxtda qəbulu həzm sistemində problemlərə, vitamin-mineral çatışmazlığına və ümumi narahatlığa səbəb ola bilər.

Bizim.Media xəbər verir ki, dietoloq və qidalanma üzrə ekspertlərin sözlərinə görə, aşağıdakı qidalar bir yerdə yeyildikdə mənfi təsir göstərə bilər:

Süd və balıq - Hər iki məhsul yüksək protein mənbəyidir, lakin birlikdə qəbul edildikdə allergik reaksiyalar və dəri problemləri yarada bilər.

Pomidor və nişastalı qidalar (kartof, makaron) - Bu kombinasiyalar turşuluq və şişkinlik yarada bilər.

Meyvə və əsas yeməklər - Meyvələr sürətlə həzm olunur, digər qidalarla birlikdə qəbul edildikdə bağırsaqlarda fermentasiya prosesi başlayır.

Çay və dəmir tərkibli məhsullar (ət, ispanaq) - Çayın tərkibindəki tanin maddəsi dəmirin orqanizm tərəfindən mənimsənilməsinə mane olur.

Ekspertlər tövsiyə edirlər ki, sağlam qidalanmaq üçün məhsulların uyğunluğuna diqqət yetirilsin və mümkün olduqca sadə, təbii kombinasiya seçilsin. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO