İtaliyanın tarixi klubu peşəkar turnirlərdən KƏNARLAŞDIRILDI

İtaliyanın tarixi klubu peşəkar turnirlərdən KƏNARLAŞDIRILDI

Hazırda oxunan: İtaliyanın tarixi klubu peşəkar turnirlərdən KƏNARLAŞDIRILDI

258086

İtaliya Futbol Federasiyası “Breşiya” klubunun peşəkar statusunu ləğv edib və komandanı ölkənin peşəkar liqalarından kənarlaşdırıb.

Bizim.Media xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bu qərarla klub növbəti mövsümdə İtaliya C Seriyasında iştirak etməyəcək.

1911-ci ildə əsası qoyulan "Breşiya" cari mövsümün sonunda B Seriyasını tərk etmişdi. Komandanın oyunçularına və heyət üzvlərinə maaş ödənilmədiyi, ümumi borcun isə 3 milyon avro olduğu bildirilir. Klubun sahibi Massimo Çellino azarkeşlərlə yaşadığı münaqişələrdən sonra bu məbləği ödəməkdən imtina edib.

Qeyd edək ki, vaxtilə bu klubun formasını Andrea Pirlo, Roberto Badjo, Xosep Qvardiola və Mario Balotelli kimi ulduz futbolçular geyinib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO