Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Namibiyanın Omaheke, Otyozondupa, Tomas, Hardap, Eronqo regionlarında atların Afrika, Bolqarıstanın Plovdiv vilayətində xırdabuynuzlu heyvanların çiçək, Fransanın Overn-Rona-Alplar və İtaliyanın Lombardiya regionunda nodulyar dermatit, Şimali Makedoniyanın Cənub-Şərqi Statistik bölgəsində nyukasl, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Uelsin Rexham regionunda isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Bu barədə Bizim.Media-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması üçün Namibiyadan və zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik yayılan digər inzibati ərazi vahidlərindən diri atların və onlara aid genetik materialların, diri xırdabuynuzlu və iribuynuzlu heyvanların və onlara aid məhsulların, diri quş və quşçuluq məhsullarının idxalı və tranzit daşınması ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq AQTA tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib.
Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:20 / 03.07.2025
Bəzi ölkələrdən heyvan və quş ətinin idxalı QADAĞAN EDİLDİ
Hazırda oxunan: Bəzi ölkələrdən heyvan və quş ətinin idxalı QADAĞAN EDİLDİ
Hazırda oxunan: Bəzi ölkələrdən heyvan və quş ətinin idxalı QADAĞAN EDİLDİ
258058
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.