Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbayca gələn vətəndaşdan külli miqdarda brilyant qaş aşkar olunub.
Bu barədə Bizim.Media-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Bildirilib ki, komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının əl yükünə stasionar rentgen qurğusunda baxış keçirilib.
Gömrük nəzarəti zamanı monitorda şübhəli cizgilər müşahidə olunduğundan əl yüklərinə gömrük yoxlaması tətbiq edilib.
Gömrük yoxlaması zamanı vətəndaşa məxsus çantanın astarının altından, ümumilikdə 547.7 karat brilyant qaş aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:39 / 03.07.2025
Gömrükdə ƏMƏLİYYAT – Külli miqdarda brilyant belə aşkar edildi – FOTO
Hazırda oxunan: Gömrükdə ƏMƏLİYYAT – Külli miqdarda brilyant belə aşkar edildi – FOTO
Hazırda oxunan: Gömrükdə ƏMƏLİYYAT – Külli miqdarda brilyant belə aşkar edildi – FOTO
258016
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.