FAKTİKİ HAVA: Bakıda və Abşeron yarımadasında külək güclənir

FAKTİKİ HAVA: Bakıda və Abşeron yarımadasında külək güclənir

Hazırda oxunan: FAKTİKİ HAVA: Bakıda və Abşeron yarımadasında külək güclənir

257934

İyulun 3-ü saat 11:00-a olan faktiki hava açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Düşən yağıntının miqdarı Balakəndə 33, Sarıbaşda (Qax) 14, Zaqatalada 11, Tovuzda 5, Ağstafa və Şəkidə 3, Ceyrançöl, Gədəbəy və Şahbuzda 2, Daşkəsən, Göygöl, Şəmkir, Kəlbəcər, Laçın, Qubadlı, Laza (Qusar) və Lerikdə 1 mm-dir.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Culfada 20, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Gəncədə 19 m/s-dək güclənir.

Dənizdə dalğanın hündürlüyü 3.4 metrə çatır.

Havanın maksimal temperaturu iyulun 2-də Bakıda və Abşeron yarımadasında 28, Naxçıvan MR-də, o cümlədən Aran rayonlarında 34, dağlıq rayonlarda isə 20 dərəcəyədək isti qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO