Cəbrayıla qayıdış: yeni başlanğıclar... – VİDEO

Cəbrayıla qayıdış: yeni başlanğıclar... – VİDEO

Hazırda oxunan: Cəbrayıla qayıdış: yeni başlanğıclar... – VİDEO

257917

30 ildən artıq bir müddətdə Bakıda ağır şəraitdə yaşamış Cəbrayıl sakini, keçmiş məcburi köçkün Diriş Məmmədova ailəsi ilə birlikdə doğma torpağına - Cəbrayıla qayıdıb. Uzun illərin həsrəti, çəkilən əziyyətlər arxada qalıb.

İndi isə ata-baba yurduna qovuşmanın, doğma ocağa geri dönməyin sevincini yaşayırlar. Zamanında ağrılı-acılı ayrılığın yerini bu gün sonsuz sevinclə dolu qayıdış hissi alıb. Bir zamanlar ayrıldıqları torpağa yenidən qovuşmaq əvəzsiz bir xoşbəxtlikdir.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində müvəqqəti məskunlaşma yerlərindən daimi yaşayış üçün öz ata-baba yurduna geri dönən keçmiş məcburi köçkünlərin təəssüratlarını əks etdirən videoçarxların çəkilişini davam etdirir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO